image-4backend

Hələb beynəlxalq hava limanı fəaliyyətini dayandırdı

image-reklam_sirab_01

Suriya ordusu Hələb beynəlxalq hava limanının işini dayandırdığını elan edib və buna görə İsrail tərəfini günahlandırıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Suriyanın SANA agentliyi Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.

“Bazar ertəsi səhər saat 4:30 radələrində İsrail düşməni Aralıq dənizi istiqamətindən, Latakiyanın qərbindən Hələb hava limanını hədəfə alaraq hava hücumu əməliyyatı həyata keçirib”, – agentliyin həmsöhbəti bildirib.

Mənbənin sözlərinə görə, zərbə nəticəsində hava limanının uçuş-enmə zolağı zədələnib və o, hazırda təyyarələri qəbul edə bilmir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki