image-4f055312-2ecd-3d8c-9b1e-e92aacb499d1_850backend

Helikopterlərlə uçuş məşqləri keçirilib – VİDEO

image-reklam_sirab_01

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin helikopter ekipajları ilə uçuş məşqləri keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlərin praktiki hissəsində gündüz və gecə uçuşları icra edən ekipajlar ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və müxtəlif epizodlar üzrə tapşırıqlar icra ediblər.
Təlim uçuşunda qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki