Vətəninfo.az xəbər verir ki, Jurnalistləri Müdafiə Komitəsi öz Twitter hesabında bildirib ki, İsrailin Fələstinin Həmas qruplaşması ilə müharibəsi başladığından bəri ən azı 50 jurnalist və media işçisi həlak olub.
Noyabrın 20-nə olan məlumata görə, döyüş bölgəsində 45 fələstinli, 4 israilli və bir livanlı jurnalist həlak olub.
Daha 3 media işçisi itkin düşüb, 11-i yaralanıb, 18-i isə həbs edilib.
Komitə öldürülən və yaralanan jurnalistlərin harada işlədiyini dəqiqləşdirməyib.
Eyni zamanda, qurum jurnalistlərə qarşı hücumların, təhdidlərin, kiberhücumların və senzuranın artdığını vurğulayıb.