image-reklam-veteninfo
image-1backend

HƏMAS İsrailin Cəbəliyə düşərgəsinə endirdiyi zərbələr nəticəsində 195 itki verdiyini bildirib

image-reklam-veteninfo

Fələstinin HƏMAS radikal hərəkatı İsrailin oktyabrın 31-də və noyabrın 1-də Cəbəliyyə qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 195 nəfərin həlak olduğunu bildirib. Bu barədə Vətəninfo.az  “ Reuters” agentliyinə istinadən xəbər verir.

HƏMAS-ın mətbuat xidmətinin məlumatına görə, 12 nəfər itkin düşüb, 777 nəfər yaralanıb.

Cabalia Qəzzada ən böyük qaçqın düşərgəsidir. İsrail bəyan edib ki, HƏMAS mülki binaların altına və ya içərisinə komandanlıq mərkəzləri yerləşdirərək mülki insanları riskə atıb.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı düşərgədəki insan itkilərinin sayını və dağıntıların miqyasını nəzərə alaraq, düşərgəyə edilən hücumların hərbi cinayət ola biləcəyini bəyan edib.

İsrail tərəfi hava hücumları zamanı HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb. Və oktyabrın 27-də Qəzza zolağında quru əməliyyatları başlayandan bəri ölən İsrail əsgərlərinin sayı 17-yə çatıb.

Oktyabrın 7-də HƏMAS-ın İsrailə qəfil hücumundan sonra İsrail tərəfində qurbanların sayı 1400-dür, 240-a yaxın adam əsir götürülüb. İsrail HƏMAS-a müharibə elan edib və Qəzza zolağına hücumlarını davam etdirir. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin zərbələri nəticəsində 3648-i uşaq olmaqla azı 8796 nəfər həlak olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki