Fələstinin Həmas hərəkatı İsrailin Qəzzaya hərbi təcavüzü dayandırılana qədər İsraillə hər hansı əsir və girov mübadiləsi razılaşmasını istisna edib. Vətəninfo.az xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan məlumat verib.
“İsrailin Qəzza zolağına qarşı təcavüzü dayandırılmayana qədər [İsraillə] hər hansı məhbus mübadiləsi sazişindən söhbət gedə bilməz” Həmdan Əl-Cəzirə televiziyasına bildirib.


























