İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın bir polis komandirini və Nuhba xüsusi təyinatlı dəstəsinin bir əməkdaşını öldürüb.
Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü məlumat verib.
“İsrail qüvvələri Qəzza zolağının şimalındakı hava hücumları zamanı HƏMAS-ın polis komandiri və HƏMAS-ın hərbi qanadındakı tağım komandirinin müavini Əbdül Nasir əl-Məqadməni öldürüb. O, son aylarda İsrail əsgərlərinə və İsrail mülki əhalisinə qarşı terror hücumları həyata keçirib”, – deyə bəyanatda bildirilir.
İsrail ordusunun məlumatına görə, həmin şəxslər qoşunlar üçün təhlükə yaradıb və dəqiq hava hücumları nəticəsində öldürülüblər.


























