image-reklam-veteninfo
image-timthumbbackend

HƏMAS razılaşdı: Silahı təhvil verir

image-reklam-veteninfo

Fələstin HƏMAS hərəkatı Qəzza Sülh Şurası tərəfindən təklif edilən sülh planının iki bəndini həyata keçirməyə hazır olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Bəyanatda deyilir: “Qəzzadakı HƏMAS rəhbərliyi hərəkatın xarici rəhbərliyini sülh planının iki bəndi: tərksilah və personal üzrə razılığa gəldiyini bildirib”.

Bəyanatda qeyd olunur ki, bu hərəkətlər planın 5-ci və 8-ci bəndləri ilə bağlıdır və bu bəndlər HƏMAS-ın anklavdakı hərbi və mülki strukturlarının ayrılmasını, eləcə də hərəkatın qüvvələrinin beynəlxalq nəzarət altında tədricən tərksilah edilməsi prosesini nəzərdə tutur.

Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumunda 19 ölkənin nümayəndələri İsrail və HƏMAS arasında Qəzza idarəetmə müqaviləsi çərçivəsində yaradılan Sülh Şurasının nizamnaməsini imzaladılar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki