HƏMAS hərəkatı atəşkəsi pozub və İsrail ordusu Qəzzada döyüşləri bərpa edib. Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) bildirib.
“HƏMAS əməliyyat fasiləsini pozub və bundan əlavə, İsrail ərazisinə doğru atəş açıb. İsrail ordusu Qəzza zolağında HƏMAS terror təşkilatına qarşı döyüşləri bərpa edib”, – məlumatda deyilir.


























