image-reklam-veteninfo
image-1backend

Həmin əcnəbilərin cəzası 4 dəfə azaldıldı

image-reklam-veteninfo

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxslərin cəzası 2 ildən 6 aya endirilib. Deportasiya qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Sabail Rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Təqsirləndirilən şəxslər cəzalarını çəkdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılacaqlar.

Xatırladaq ki, ötən il avqustun 17-si üç nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-ü Bakıya turist kimi beşgünlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki