“Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə siyahıya qurumun aparat rəhbərinin müavini, sədrin köməkçiləri, müşavirləri, şöbə müdirləri, eləcə də“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti”nin İdarə Heyətinin sədri və onun müavinləri, “Regional Su Meliorasiya” QSC-nin icraçı direktoru və onun müavinləri, “İri Şəhərlərin Su Təchizatı” QSC-nin icraçı direktoru və onun müavinləri daxil edilib.


























