image-329136307_1306066969960038_5696754333850842942_nbackend

Hər ay 200 tibb bacısı İranı tərk edir

image-reklam_sirab_01
İranda olan tibb işçiləri ölkəni sürətlə tərk edir. Vətəninfo.az xəbər verir ki, ilkin hesablamalara görə hər il İranı təkcə 3000 tibb bacısı tərk edir.
İranın Tibb İşçiləri Evinin rəhbəri deyir: “Hər il ən azı 2500-3000 tibb bacısı ölkəni edir, bu isə o deməkdir ki, faktiki olaraq hər ay 200-ə yaxın tibb bacısı ölkədən gedir”.
“Digər ölkələrdə tibb bacılarının maaşı 4 min dollardan 8 min dollara qədərdir. Bizdə isə tibb bacılarının minimum və maksimum maaşları 6-12 milyon tümən arasındadır ki, bu da ayda maksimum 300 dollar deməkdir”,- deyə o, əlavə edib.
Onun sözlərinə görə, iranlı tibb işçilərinin üz tutduğu əsas ölkələr Almaniya, ABŞ, Kanada və Avstraliyadır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki