image-bez-nazvaniya-3backend

Hərbi ekspert: Rusiyaya cavabımız belə olmalıdır, o zaman Kreml anlayacaq ki…

image-reklam_sirab_01

“Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməniməramlı komandanlığı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən edilən müraciətlərə məhəl qoymursa biz də bu məsələyə başqa prizmadan yanaşmalıyıq.”- Vətəninfo.az -a açıqlamasında bunu hərbi ekspert Ədalət Verdiyev bildirib.

Hərbi ekspert hesab edir ki, Rusiya Müdafiə Nazirliyi də öz imperalist təxəyyülündən əl çəkməyib.

“Biz də ilkin mərhələdə Azərbaycanda rus ordusunu “raşist ordusu”, Moskvanı “Moskoviya”, Sankt-Peterburqu “Leninqrad”, Kuril, Saxalin , Şikotan və İrturup adalarını isə Yaponiya əraziləri adlandıraq. Qoy raşist ordusunun Qarabağdakı pisməramlı kontingentinin qanmazlığına görə bir çox rus hərbi-siyasi rəhbərlərin müxtəlif təyinatlı dəliklərindən “Admiral Kuznetsov” aviakresyerində olduğundan daha çox qara tüstü çıxsın. Nəticə çıxarmasalar, iynənin diametrini, dozasını və dərinliyini bir az artırarıq. O zaman Kreml anlayacaq ki, başqasının torpağında oyun oynamaq necə olur”- deyə hərbi ekspert bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki