image-1643787142-mina-partladibackend

Hərbiçilərimiz niyə minaya düşür? – Hərbi ekspert detalları açıqladı

image-reklam_sirab_01
Bir neçə gün öncə Kəlbəcərdə 8 Azərbaycan vətəndaşı minaya düşdü. Ümümilikdə Vətən müharibəsi başa çatdıqdan sonra çoxsaylı vətəndaşımız minanın qurbanı olub. Vətəninfo.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev minaya hərbiçilərimizin daha çox minaya düşməsinin səbəblərini açıqlayıb.
Ekspert “Necə olur ki, hərbçi minaya düşür, qoyun sürüsü düşmür?”- sualına cavab olaraq maraqlı detalları açıqlayıb.
“Mina təmizləmə dünyada ən təhlükəli peşədir. Həyatında cəmi 1 dəfə səhv edə bilirsən, o da ən yaxşı halda xəsarətlə bitir. Bax hərbçilərimiz ona görə hərdən minaya düşür ki, minaları hərbçilər təmizləyirlər və bu çox təhlükəli prosesdir, hər an istehkamçı ölümlə üz-üzə dayanır. Kiçik bir səhv həyatı bitirə bilir. Heyvanlar isə minalardan təmizlənmiş ərazilərdə yerləşdirildiyinə görə minaya düşmürlər. Bunu anlamaq çətin deyil və bilirəm ki, bunu çoxları bilir, sadəcə az sayda Vətənə və millətə faydası dəyməyənlər Qələbəmizi kiçiltmək üçün hər gün bir mövzu axtarırıar. Bu statusu nəzərə almağınızı və gələcəkdə bu mövzuda sual yazmamağınızı xahiş edirəm. Qalib xalq olmağı bacarmalıyıq, onun statusuna uyğun davranmalıyıq. Özümüzü də erməni ilə deyil, daha sivil xalqlarla müqayisə etməliyik.” -deyə Ədalət Verdiyev bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki