image-1200_0_1668735855-4531backend

Hindistan Ukraynanın enerji sektoruna  dəstək verəcək

image-reklam_sirab_01

Ukraynanın energetika naziri Herman Qaluşenko Hindistanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Harş Kumar Jain arasında görüş keçirilib. Vətəninfo.az xəbər verir ki, danışıqlar nəticəsində Hindistan Rusiya Federasiyasının kütləvi raket zərbələrindən əziyyət çəkən Ukraynanın enerji sektoruna dəstək verməyə razılaşıb.

Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə , Qaluşenko Hindistan tərəfini Rusiya Federasiyasının kütləvi raket hücumları nəticəsində Ukraynanın enerji infrastrukturunun ciddi şəkildə məhv edilməsi barədə məlumatlandırıb. O, həmçinin Ukraynada bir çox istehlakçıların enerji təchizatında müvəqqəti məhdudiyyətlər barədə məlumat verib.

Ukraynalı nazirin sözlərinə görə, enerji şirkətləri elektrik enerjisinin verilməsini bərpa etmək üçün fövqəladə səylər göstərirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki