image-6backend

Hökumət  müğənnilərə fonoqramla çıxış etməyi qadağan etdi

image-reklam_sirab_01

Qırğızıstanın hakimiyyət orqanları yerli sənətçilərə fonoqramla oxumağı qadağan edib. Vətəninfo.az xəbər verir ki,  məhdudiyyət ölkənin Mədəniyyət Nazirliyinin tabeliyində olan dövlət mədəniyyət və təhsil müəssisələrində tamaşalara şamil edilir.

Bunlara teatrlar, filarmoniyalar, kinozallar, klublar, muzeylər, kitabxanalar daxildir. 2023-cü il yanvarın 1-dən konsertlərdə və digər mədəni tədbirlərdə müğənnilər canlı oxumalı olacaq.

İdarənin rəisi Altınbek Maksutov əmrin icrasına görə məsuliyyəti hər bir ayrı-ayrı qurumun rəhbərliyinə həvalə edib. Nazir fonoqrama qoyulan qadağaya riayət olunmasına şəxsən nəzarət edəcəyinə söz verib.

Məhdudiyyətlər 2020-ci ilin sonunda elan edilib. 2021-ci ilin fevral ayında agentlik sənətçilərdən afişalarda və biletlərdə canlı oxuyacaqlarını qeyd etmələrini tələb etdi. O zaman nazir olan Nurjigit Kadırbekov “mədəniyyət dürüstlükdən başlayır” deyərək tamaşaçıları və dinləyiciləri aldatmamağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki