Hollandiya hökuməti çərşənbə axşamı elan edib ki, Hollandiya, Danimarka və Almaniya Ukrayna üçün 100 Leopard-1A5 əsas döyüş tankı alacaq.
Vətəninfo.az xəbər verir ki, Hollandiya Müdafiə Nazirliyi tankların birbaşa Alman sənayesindən alınacağını açıqlayıb.
Hollandiyanın NOS telekanalına müsahibəsində Hollandiyanın müdafiə naziri Kasia Ollonqren bildirib ki, tanklar bir qədər köhnə modeldir, lakin Ukraynadakı döyüş əməliyyatları üçün hələ də yararlıdır.