image-1backend

“Hollandiya Rusiya ilə müharibəyə hazır olmalıdır”  – General-leytenant Martin Viynen

image-reklam_sirab_01

Hollandiya Quru Qoşunlarının komandanı, general-leytenant Martin Viynen (Martin Wijnen) “Rusiya ilə müharibəyə hazır olmalıyıq” dedi.

Vətəninfo.az xəbər verir ki, Hollandiyanın “De Telegraaf” qəzetinə müsahibəsində M.Viynen bu sözləri işlədib: “Hollandiya Rusiya ilə münaqişəyə daha hazırlıqlı olmalıdır. Bu, “hamı dəbilqə taxmağa başlayacaq” anlamına gəlməsin. Amma Hollandiya İsveç, Finlandiya və Baltikyanı ölkələrdən nümunə götürməlidir. Biz Rusiya ilə müharibəyə hazır olmalıyıq. Hollandiya xalqı hər şeyə hazır vəziyyətdə olmağı bacarmalıdır.

Hollandiya Rusiyadan 1500 kilometr uzaqda olduğu üçün təhlükəsizliyinin təmin edildiyini düşünülməməlidir. Rusiyanın anladığı tək dil var, o da silah dilidir.

Artıq müdafiə nazirliyimizdə kadr çatışmazlığının aradan qaldırılması vacibdir”.

2024-cü il yanvarın 1-də vəzifəsini təhvil verəcək Martin Viynen 2021-ci ildən Hollandiya Quru Qoşunlarının komandanıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki