image-image_750x_63ec9b2e19e33backend

Hollandiya və Danimarka bu tankları Ukraynaya verməkdən imtina etdi

image-reklam_sirab_01

Hollandiya və Danimarka Ukrayna silahlı qüvvələri üçün Almaniya istehsalı olan Leopard 2 tanklarını Ukraynaya verməkdən imtina edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Die Welt yazır.

Məqalədə qeyd edilir ki, Hollandiya və Danimarka hökumətləri Kiyevə “Leopard 2” tədarük etməyəcəklərini, lakin “Leopard 1” tanklarının təmiri və hazırlanmasında iştirak etməyə hazır olduqlarını bəyan ediblər.

Maraqlıdır ki, “Leopard 2” tanklarının istehsalçısı Almaniyanın əvvəldən müəyyən ehtiyatları var idi ki, bu da bəzi tərəfdaşlar tərəfindən tənqid edilirdi.

Daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib ki, əgər hansısa ölkə Ukraynaya həmin silahla kömək etmək istəsə, Berlin buna mane olmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki