Hollandiyanın cənubunda sərnişin qatarı yük qatarı ilə toqquşduqdan sonra relsdən çıxıb, nəticədə bir adam həyatını itirib, 30 nəfər də yaralanıb.
Vətəninfo.az xəbər verir ki, qəzadan sonra ölkənin Haaqa və Amsterdam şəhərləri arasında yerləşən Vorşoten qəsəbəsinə çox sayda təcili tibbi yardım briqadaları göndərilib.
Ümumilikdə qatarda 50 nəfərin olduğu bildirilir. Qəza səbəbindən Leyden və Haaqa arasında qatarların hərəkəti məhdudlaşdırılıb. Xəsarət alan bəzi sərnişinlərə hadisə yerlində tibbi müdaxilə edilib, bəziləri də xəstəxanaya çatdırılıb.