image-62c9457d2b756backend

Hollandiyanın səfiri Türkiyə  Xarici İşlər Nazirliyinə çağırılıb

image-reklam_sirab_01

Hollandiyanın səfiri Türkiyə  Xarici İşlər Nazirliyinə çağırılıb.

Vətəninfo.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib:

“Hollandiyanın Haaqa şəhərində İslam əleyhdarı bir şəxsin yanvarın 22-də müqəddəs kitabımız Qurani-Kərimi hədəf alan alçaq hücumunu sərt şəkildə pisləyirik.

Bu dəfə İsveçdən sonra Hollandiyada da müqəddəs dəyərlərimizi təhqir edən və nifrət cinayətini ehtiva edən bu alçaq hərəkət Avropada islamofobiyanın, ayrı-seçkiliyin və ksenofobiyanın heç bir sərhəd tanımadığını açıq şəkildə ortaya qoyur.

Bu hərəkətlər bilavasitə təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin əsas hüquq və azadlıqlarını, mənəvi dəyərlərini və sosial tolerantlığını hədəf alır; Bu həm də sülh içində birlikdə yaşamaq mədəniyyətinə zərər verir.

Hollandiyanın Ankaradakı səfiri Nazirliyimizə çağırılaraq bu mənfur və alçaq hərəkəti pislədiyimizi və etiraz etdiyimizi sərt ifadələrlə bildirilmiş Hollandiyanın bu cür təxribat xarakterli hərəkətlərə yol verməməsi tələb edilmişdir.

Hollandiya hakimiyyət orqanlarından hadisəni törədən şəxsə qarşı lazımi tədbirlər görməsini və belə hadisələrin təkrarlanmaması üçün konkret tədbirlər həyata keçirməsini gözləyirik”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki