image-orteqa-messibackend

Hollivudu futbola dəyişən aktrisa – Onun üçün Messi kimdir?

image-reklam_sirab_01

Cenna Orteqa Hollivudun ən cazibədar aktrisalarından biridir. O, təkcə çəkiliş meydançalarını deyil, futbol meydanlarını da silkələməyi bacarır.

20 yaşlı aktrisa uzun müddət futbol oynayıb. Ancaq vətəni ABŞ-da idmanın şahı ən populyar idman növü deyil. Cenna hətta futbolu aktyorluqdan üstün tutaraq fəaliyyət istiqamətini dəyişməyi də düşünüb.

Kaliforniyada anadan olan Orteqa əslən meksikalıdır. Atası və böyük qardaşının futbola olan sevgisi onda bu idman növünə həvəs yaradır. Nəticədə erkən yaşlarından ABŞ-ın əsas akademiyalarından biri olan Amerika Gənclər Futbol Təşkilatına üzv olur. London Donovan və Aleks Morqan kimi tanınmış futbolçular bu idman növündəki ilk addımlarını məhz orada atıblar.

Cenna son vaxtlar daha çox futbol oynayır. Kaliforniyanı təmsil edən qızlardan ibarət “Desert Yunayted” klubunun üzvüdür. Demək olar ki, o, futbolla yaşayır. Aktrisa olmağı yadına belə düşmür.

Aktrisanın fanatı olduğu konkret klub olmas da, sevimli futbolçusu var – Lionel Messi. O, müsahibəsində argentinalı superulduzu tarixin ən böyük futbolçusu adlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki