Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki neft tankerinin partladığını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, SEPAH-ın yaydığı bəyanata görə, tankerlər ABŞ ordusunun təhriki ilə Hörmüz boğazının cənub hissəsində yerləşən təhlükəsiz marşrutu tərk edərək təhlükəli istiqamətdə hərəkət etməyə çalışıb və nəticədə partlayış baş verib.
Bəyanatda, habelə, qeyd olunub ki, “təcavüzkar ordu bu qanunsuz pozuntuya görə cəza əməliyyatımıza hazır olmalıdır”.


























