image-image_750x_636acb6d34e06backend

“Hraparak” nəşrindən İDDİA: Paşinyan islahatlara başlayır

image-reklam_sirab_01

Ermənistanın baş naziri Nikol Paşinyan komandasında ciddi islahatlara başlayacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” məlumat yayıb. Nəşrin iddiasına görə dünən axşam saatlarında Nikol Paşinyanla görüşən hakim partiyanın deputatları arasında qalmaqal yaşanıb. Bundan qəzəblənən Paşinyan görüşü yarımçıq tərk edib. Nəşr iddia edir ki, partiya üzvlərinin Nikol Paşinyana qəzəbli olmasının ilginc səbəbi var.

“Nikol Paşinyan tezliklə öz komandasında islahatlar aparmaq haqqında anons verib. Sözsüz ki, bu partiya daxilində parçalanmaya səbəb olur. Hesab edirik ki, Nikol Paşinyan hakim partiyanın bir neçə üzvünü vəzifədən uzaqlaşdıracaq və onları əvəzləyəcək şəxslər hakim partiyadan olmayacaq” -nəşr qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki