image-1backend

“Hücumlar Qərb ölkələrində istehsal olunan top və raketlərlə həyata keçirilir”- Peskov

image-reklam_sirab_01

“Rusiya ərazisinə hücumlar Qərb ölkələrində istehsal olunan top və raketlərlə həyata keçirilir”.

Vətəninfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov paytaxt Moskvada verdiyi açıqlama zamanı deyib.
Peskov Ukrayna ordusunun Belqorod şəhərinə qarşı həyata keçirdiyi hücumlarına toxunaraq deyib:

“Bu ona görə mümkün oldu ki, Kiyev administrasiyası hərbi hədəfləri vurmaqdan, mülki hədəfləri vurmaqdan və şəhərin mərkəzinə hücum edərək kasetli sursatlardan istifadə etməkdən çəkinmədi. Şəhərin mərkəzində heç bir hərbi hədəf yoxdur. Təbii ki, ordumuz bu təhlükəni əvvəl minumuma endirmək, sonra isə tamamilə aradan qaldırmaq üçün əlindən gələni etməyə davam edəcək. Bu səbəbdən xüsusi hərbi əməliyyat davam edir”.

Peskov bildirib ki, Rusiya ərazisinə edilən hücumlar Qərb ölkələrində istehsal olunan silahlarla həyata keçirilib:

“Yeni il qabağı ərazimizə, mülki hədəflərə, Belqorod şəhərinin mərkəzinə hücumlar Almaniya, Fransa, İtaliya, ABŞ və digər ölkələrdə istehsal olunan artilleriya və raketlərlə həyata keçirilir. Bunu unutmamalıyıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki