image-6384c5e468c08backend

Hulusi Akar: “İraqın Zap bölgəsi böyük ölçüdə PKK terrorçularından təmizləndi”

image-reklam_sirab_01

Türkiyə Silahlı Qüvvələri “Pençe-Kilit” əməliyyatı çərçivəsində İraqın Zap bölgəsini böyük ölçüdə PKK terrorçulardan təmizləyib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfinin terrorçular olduğunu vurğulayan Akar deyib:

“Bizim etdiyimiz tək şey ölkəmizin, millətimizin müdafiəsi və təhlükəsizliyidir. Bunun üçün çalışırıq, nə lazımdırsa onu edirik. Türkiyə başda İraq və Suriya olmaqla bütün qonşularının sərhədlərinə, suverenlik hüquqlarına və torpaq bütövlüyünə hörmətlə yanaşır. Terrorla mübarizə qəti şəkildə artan tempdə davam edir. “Pençe-Kilit” əməliyyatında müəyyən bir mərhələyə gəlindi. Zap bölgəsi böyüm miqyasda terrorçulardan təmizləndi. İllərdir orda yerləşmiş terrorçuların mağaralarına girildi. Sığınacaqları yerləri terrorçuların başlarına yıxıldı. Əməliyyatda indiyədək 506 terrorçu zərərsizləşdirilib. “Pençe-Kilit” əməliyyatı çərçivəsində 600-ə yaxın mağara, sığınacaq, terrorçuların istifadə etdiyi 2 mindən çox mina və partlayıcı məhv edilib. Terrorçulara aid 1174 silah və 533 min 275 sursat ələ keçirilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki