image-63c657480aacbbackend

Hulusi Akar: “Türkiye NATO-nun açıq qapı siyasətini dəstəkləyir”

image-reklam_sirab_01

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Türkiyənin NATO-nun açıq qapı siyasətini dəstəklədiyini bildirib.

İngiltərənin müdafiə naziri Ben Uolles ilə görüşən H.Akar Londondakı təmaslarını tamamlayaraq Çexiyanın paytaxtı Praqaya gedib.

Nazir Akar Türkiyənin Praqadakı Səfirliyində türk icması və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.

Xaricdə yaşayan türklərin uğurlarından məmnunluğunu ifadə edən nazir Akar türklərin bu uğurlarının Türkiyənin haqq səsini dünyaya çatdırdığını dilə gətirib.

Qəbuldan sonra nazir Akar gündəmlə bağlı sualları da cavablandırıb.

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı prosesə dair sualı cavablandıran Akar Türkiyənin NATO-nun açıq qapı siyasətini dəstəklədiyini bildirib.

İyun ayında Madriddə imzalanan memorandumu xatırladan Hulusi Akar deyib:

“İsveç və Finlandiyanın memorandumdakı öhdəliklərini yerinə yetirmədiyini təqib edirik. Terror təşkilatlarına dəstəyin dayandırılması və ixrac məhdudiyyətlərinin aradan qaldırılması üçün konkret addımların atılmasını gözləyirik. Xüsusilə terrorla mübarizə Türkiyə ictimaiyyətinin həssaslıqla izlədiyi bir məsələdir”.

Milli müdafiə naziri Hulusi Akar İsveçin paytaxtı Stokholmda terror təşkilatı PKK/YPG tərəfdarlarının təxribatı ilə bağlı suala cavabən isə deyib ki, NATO-ya üzv olmaq istəyən bir ölkədə 70 illik NATO üzvü olan ölkənin prezidentinə qarşı terror təşkilatı tərəfdarlarının törətdiyi iyrənc hərəkəti qətiyyətlə pisləyirik. İsveçi təcili tədbir görməyə dəvət edirik. Bunun qarşısında səssiz qalmaq qeyri-mümkündür. Oradakı prosesləri də yaxından izləyirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki