image-642a83c546588backend

Hulusi Akar: “Türkiyə sərhədlərindən qanunsuz keçid iddiaları tamamilə əsassızdır”

image-reklam_sirab_01

“Türkiyə sərhədlərindən qanunsuz keçid iddiaları tamamilə əsassızdır” –Vətəninfo.az xəbər verir ki,  Türkiyənin  müdafiə naziri Hulusi Akar Türkiyə sərhədlərindən qanunsuz keçid iddialarının həqiqəti əks etdirmədiyini bildirib.

H.Akar fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərərçəkən Hatay vilayətində fəaliyyətlərini davam etdirir.

Hatay vilayətinin Kırıkhan qəsəbəsində zəlzələ qurbanları ilə bir araya gələn Akar Mehmetciyin zəlzələnin fəsadları ilə mübarizə ilə yanaşı, sərhəd təhlükəsizliyi və terrorla mübarizə də daxil olmaqla, bütün işlərini fasiləsiz olaraq davam etdirdiyini vurğulayıb.

Sərhədlərin təhlükəsizliyi üçün görülən tədbirlərə işarə edən nazir Akar “Mehmetcik ən qabaqcıl texnologiyadan istifadə edərək sərhədlərdən qeyri-qanuni keçidlərə əsla icazə vermir” deyib.

Nazir Akar xüsusilə sosial şəbəkələrdə irəli sürülən və sərhədlərdə çəkildiyi iddia edilən görüntülərə də toxunub:

“Başqa ölkələrdə və müxtəlif vaxtlarda çəkilmiş foto və videolardan istifadə edilərək bəzi şərhlər edilir, siyasi mülahizələr irəli sürülür. Bunlar tamamilə yanlışdır, doğru deyil. Hərbi qüvvələrimiz günün 24 saatı, ən qabaqcıl texnologiyadan istifadə edərək sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün böyük əzm, qətiyyət və fədakarlıqla fəaliyyətlərini davam etdirir. Mehmetcik hər hansı şəkildə sərhədlərimizdən qanunsuz keçidlərə icaze verməz, zəiflik göstərməz”.

6 fevral zəlzələlərindən sonra “Türkiyəyə qaçqın axını” iddialarının irəli sürüldüyünü xatırladan Akar bu iddiaların tamamilə əsassız və yalan olduğunu deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki