image-33backend

Hürriyət qəzeti : Türkiyənin hakim partiyası seçkiləri təxirə salmaq niyyətində deyil

image-reklam_sirab_01

Türkiyənin hakim partiyası ümumi seçkilərin müxtəlif variantlarını nəzərdən keçirir, lakin onları təxirə salmaq niyyəti və ya qərarı yoxdur. Vətəninfo.az xəbər verir ki, bunu  “Hürriyət” qəzeti  yazıb.

“Ədalət və İnkişaf Partiyasında (AK Parti) bütün variantlar nəzərdən keçirilir, lakin hələlik seçkilərin təxirə salınması ilə bağlı hər hansı qərar və ya niyyət yoxdur. Prezident Ərdoğanın seçkilərin mayın 14-də, partiyanın bəzi üzvlərinin isə 18 iyunda keçirilməsinin tərəfdarı olduğunu söyləmək olar. Prezident Ərdoğanın seçkilərlə bağlı heç bir narahatlığının olmadığı bildirilir. Yüksək Seçki Komissiyası (YSK) zəlzələ bölgəsindən köçənlərin və ya zəlzələ zonasında qalanların səs verəcəyi yerlərdə səsvermə üzərində işləyəcək ki, bu məsələlərlə bağlı fikir ayrılığı yaranmasın”, – nəşr qeyd edib.

Türkiyədə seçkilər mayın 14-nə təyin edilib. Habertürk telekanalı öz mənbələrinə istinadən cümə axşamı bildirib ki, Türkiyədə ümumi seçkilər altı aydan bir ilə qədər təxirə salına bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki