image-1backend

Hüseyn Əmir Abdullahiyan HƏMAS rəhbəri nəyi müzakirə edib?

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Xaniya ilə telefon danışığı aparıb.

İran xarici işlər nazirinin X sosial şəbəkəsində (keçmiş Twitter) dərc etdiyi bəyanatda deyilir ki, həmsöhbətlər Fələstin-İsrail münaqişəsi zonasında baş verən son hadisələri müzakirə ediblər.

“HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Xaniya ilə telefon danışığında Qəzza və İordan çayının qərb sahilində baş verən son hadisələri müzakirə etdik”.

Əlavə edək ki, İsrail dəfələrlə Tehranı HƏMAS-a fəal dəstək verməkdə, o cümlədən Livan Hizbullah hərəkatının hərbi əməliyyatları formasında ittiham edib.

İran isə öz növbəsində HƏMAS və fələstinliləri dəstəklədiyini gizlətmir, lakin bir qayda olaraq, qondarma sionist rejimi sərt tənqid etməklə yanaşı, humanitar və diplomatik mahiyyətini də vurğulayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki