image-reklam-veteninfo
image-1backend

Husilər Ər-Riyad və Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlar elan etdilər

image-reklam-veteninfo

Yəmənin İranpərəst Ənsar Allah (Husi) hərəkatının yaraqlıları Ər-Riyadda əsas obyektlərə və Səudiyyə Ərəbistanının dövlət şirkəti olan Saudi Aramco-nun krallığın qərbindəki Yanbu şəhərindəki obyektlərinə hücum ediblər.

Vətəninfo.az xəbər verir ki, bu barədə Husilərin hərbi sözçüsü Yəhya Səriyyə məlumat verib.

“Yəmən silahlı qüvvələri iki hərbi əməliyyat həyata keçirib: birincisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda mühüm bir obyekti, ikincisi isə Yanbuda yerləşən Aramco obyektlərini hədəf alıb”, – deyə açıqlamada bildirilir.

Onun sözlərinə görə, əməliyyatlar zamanı ballistik və qanadlı raketlərdən, eləcə də dronlardan istifadə edilib və hədəflər uğurla vurulub.

Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makron “France 2” televiziyasında elan edib ki, Səudiyyə Ərəbistanının Yanbu liman şəhəri enerji infrastrukturu obyektlərini qorumaq üçün əsgər və hərbi texnika göndərəcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki