image-329904546_1620700451708957_9157828394960721232_nbackend

İbrahim Rəisinin Çinə səfəri tülkünün həccə getməsinə bənzəyir – Mahmud Sadeqi

image-reklam_sirab_01
İran prezidenti İbrahim Rəisi Pekində məsciddə namaz qılıb dua edib, lakin uyğurların qətliamına səssiz qalması heç bir iddialı müsəlman ölkə başçısına yaraşmayan mövqe idi.
Rəisinin uyğurların vəziyyəti ilə bağlı sükutu İranın bir çox tanınmış və vaxtilə vəzifədə olan şəxslərinin də tənqidlərinə səbəb olub.
Vətəninfo.az xəbər verir ki, o cümlədən, İran parlamentinin keçmiş deputatı, hüquqşünas və siyasətçi Mahmud Sadeqi özünün “Twitter” səhifəsində bu haqda fikirlərini paylaşıb:
“Kimin ağlına gələrdi ki, bir gün müsəlman balaları bu həddə çatacaq və məqsədlərinə çatmaq üçün istənilən vasitəyə haqq qazandıracaqlar?!!”
Mahmud Sadeqi növbəti twitində belə yazır:
“Cənab Rəisi! İslam dünyasının öndər prezidenti! Məsləhət olarsa, çinli həmkarınıza uyğur müsəlmanlarına qarşı davranışı haqda bir xəbərdarlıq edin!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki