image-00backend

III Dünya müharibəsi başlayır? Serbiya lideri Vuçiç orduya “Hazır olun” əmri verib

image-reklam_sirab_01

Kosovo ilə Serbiya arasında gərginlik yenidən artıb. Serbiya Müdafiə Nazirliyi “Kosovodakı vəziyyətlə əlaqədar Serbiya ordusunun həyəcan siqnalı verildiyi və döyüşə hazırlıq səviyyəsinin artırıldığı” barədə açıqlamalar verərkən, Serbiya prezidenti Aleksandr Vuçiç də orduya “hazır ol” əmrini verib.

Vətəninfo.az xəbər verir ki, yay aylarında Kosovo ilə Serbiya arasında yaşanan gərginliklə demək olar ki, müharibə vəziyyətinə düşüb. İki ölkə arasında yenidən gərginlik yaranıb. Serbiya prezidenti Aleksandr Vuçiçin göstərişi münaqişə ehtimalını bir daha gündəmə gətirib.

Serbiyanın müdafiə naziri Miloş Vuçeviç yerli televiziya kanalında gündəmlə bağlı açıqlamalarında prezident Aleksandr Vuçiçin göstərişi ilə Kosovo ilə yarana biləcək gərginliyə görə orduya “hazır olmaq” əmrini verdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki