image-downloadbackend

III Dünya müharibəsinin astanasında: Rusiya hansı qərarı verəcək?

image-reklam_sirab_01
Polşaya düşən raket yeni dünya müharibəsinin başlanmasına səbəb ola bilər. Sözsüz burada əsas məsələ digər güclərin Ukrayna -Rusiya savaşına aktiv qatılmasından ibarətdir. Burada yeni müharibənin başlamamsının qarşısını ala biləcək iki güc, Rusiya və ABŞ var. Ancaq ABŞ-dan fərqli olaraq Rusiya müharibə yolunu tutur. Politoloq Yeganə Hacıyeva hesab edir ki, Rusiya faşist Almaniyasının səhvlərini təkrarlayır. Vətəninfo.az açıqlamasında politoloq bunu belə izah edib.
“Polşaya raket hücumu , müharibə miqyasının genişlənməsi qorxusu ilə beynəlxalq aktyorların Ukraynanı kompromislərə məcbur etməyə hesablanmış taktikasıdır. Polşa isə bir NATO ölkəsidir və NATO-nun Polşa dövləti qarşısında onun təhlükəsizliyi ilə bağlı öhdəliyi var. NATO nizamnaməsinin kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddəsi Alyansa üzv dövlətlər Avropa və ya Şimali Amerikada onlardan birinə və ya bir neçəsinə silahlı hücumun bütövlükdə quruma qarşı hücum kimi qiymətləndirilməsi deməkdir.” – Yeganə Hacıyeva bildirib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki