Azərbaycanda iki məhkəmə sədri təqaüdə yola salınıb.
Vətəninfo.az “iqtisadiyyat.az”a istinadən xəbər verir ki, bunlar Qobustan Rayon Məhkəməsinin sədri Mirələm Qoçu oğlu Quliyev və Qax Rayon Məhkəməsinin sədri Malik İbrahim oğlu Qarayevdir.
Onlar yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında Şuranın sədri İnam Kərimov təqaüdə yola salınan hakimləri uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif edilib.
Xatırladaq ki, M.Qarayev və M.Quliyev 2017-ci ildən qeyd olunan rayonların məhkəmə sədri vəzifəsində çalışırdılar.