image-mehriban-esgerovabackend

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə – Azərbaycan qardaşlığı birliyi daha da yüksək pilləyə qalxıb

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Ali Baş Komandanı Prezident İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilmişdir. Rəsmi qarşılanmadan sonra Ali Baş Komandan mətbuat və ictimaiyyət nümayəndələri qarşısında bəyanatla çıxış etmişdir. Verdiyi açıqlamasında Zəngilan Hava Limanının açılışının ölkəmizin həyatında çox əlamətdar hadisə olduğunu qeyd etmişdir. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna kəsb edir. Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir hissəsi Laçın istiqamətində, digər hissəsi isə Şuşa istiqamətində irəliləməyə başlamışdır. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də işğaldan azad edilmişdir. Azərbaycan Bayrağı qaldırılmışdır və Ermənistan təslim olmuşdur. İkinci Qarabağ savaşının ilk saatlarından savaşın son gününədək Türkiyə Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana siyasi dəstək ifadə edərək bildirmişdir ki, Azərbaycan yalnız deyil. Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə – Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark“ da qeyd olunmalıdır.
İnşaat işlərində, yol çəkilişində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Avtomobil və dəmir yollarının habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. 84 körpü tikiləcək və onların bir qismi inşa edilmişdir. İşğal dövründə ermənilər bizim bütün şəhərlərimizi və kəndlərimizi yerlə bir etmişlər. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Bunun əsas məqsədi ondan ibarətdir ki, azərbaycanlılar heç vaxt bu torpağa qayıtmasınlar və qayıtmağa yer olmasın. Erməni vandalizminin daha bir nişanəsi, işğaldan azad edilən Azərbaycan torpaqlarında üzə çıxarılan kütləvi məzarlıqları insanlıq əleyhinə, bəşəri cinayət kimi dəyərləndirir.
Türkiyə-Azərbaycan birliyi bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı. Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu bizim üçün böyük xoşbəxtlikdir. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir.Bu sülh,sabitlik amilidir.
Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Türkiyə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə – Azərbaycan qardaşlığı birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayragı bir yerdə dalğalanır. Bu ürəkdən gələn duyğular, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu zəmanəmizin tələbidir.

Mehriban Əsgərova
Suraxanı rayonu Hövsan bələdiyyəsinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki