image-313860670_658495959113122_2120387536121561188_nbackend

“İlham Əliyev “bir qılınc zərbəsi” ilə ərazi bütövlüyü problemini İrəvan üzərində qələbə ilə həll etdi”- SABİQ SERB SƏFİR

image-reklam_sirab_01

“İstər Heydər Əliyevin dövründə, istərsə də İlham Əliyevin dövründə Azərbaycan hər zaman Qərbin diqqət mərkəzində olub.  İlham Əliyev Heydər Əliyevin vəfatından sonra, 2003-cü ildə  prezident seçildikdən sonra, Heydər Əliyevin qoyduğu irsi layiqincə davam etdirdi. Məhz bu uğurlu işlərin nəticəsi idi ki,  Rusiya ərazisindən yan keçən Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkildi”.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri Serbiyanın Rusiya və Belarusdakı sabiq səfiri Srecko Đukiç serb mətbuatına açıqlamasında  bildiirb. Sabiq səfir vurğulayıb ki İlham Əliyevin Belqrada fövqəladə səfəri çərçivəsində beynəlxalq, hökumətlərarası və digər yeddi   sənəd paketi imzalanıb:

“ Siyasi baxımdan Strateji Tərəfdaşlıq Sazişi çox  əhəmiyyətlidir. Bu strateji tərəfdaşlıq Serbiyanın getdikcə artan enerji tələbatına da dəstək olacaq.  Serbiya üçün Bolqarıstanla yanaşı, Rumıniya, Yunanıstan və Şimali Makedoniya ilə enerji əlaqələrinin birləşdirilməsi Xəzərdən və Mərkəzi Asiyadan Azərbaycan və digər enerji mənbələrinə çıxış üçün vacibdir”.

” İlham Əliyev “bir qılınc zərbəsi” ilə ərazi bütövlüyü problemini müstəsna dərəcədə yaxşı qurulmuş və həyata keçirilən hərbi əməliyyat, qısamüddətli müharibə ilə həll etdi. ” – deyə Srecko Đukiç  bildirib.

Serbiyanın Vyanadakı sabiq səfiri Milovan Bojinoviç isə bildirib ki, Azərbaycana Qarabağ münaqişəsini həll etməklə regiona sabitlik gətirdi.

“İlham Əliyev uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün bütün Avropa bu liderdən danışır”.- deyə Milovan Bojinoviç  əlavə edib.

Zərri

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki