Vətəninfo.az-a Naxçıvan MR-nın müvafiq orqanlarındakı qaynaqlardan daxil olan məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Naxçıvan MR-na səfəri gözlənilir.
Məlumata görə, səfər zamanı Azərbaycan prezidenti Muxtar Respublikada bir sıra açılışlar həyata keçirəcək.
Məlumatda vurğulanır ki,səfər oktyabrın ilk ongünlüyündə nəzərdə tutlsa da, sonradan təxirə salınıb. Azərbaycan prezidentinin təxirə salınan səfərini ilin son ayında gerçəkləşdirəcəyi ehtimal edilir.
Vətəninfo.az