image-1backend

İlham Əliyev Türkiyədə rəsmi səfədədir FOTO/VİDEO

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

18 fevral 2024-cü il

23:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfərə gəlib.

Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 7-də ölkəsində keçirilən prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Beştəpədə (Ankara) Azərbaycan Prezidenti Əliyevi qəbul edəcək.

Fevralın 7-də seçkiyə gedən Azərbaycanda İlham Əliyev seçkilərdə qalib gələrək 5-ci dəfə prezident olub. Prezident Ərdoğan Əliyevi ilk təbrik edənlər arasında olub. Bu barədə TRT Haber məlumat yayıb.

Seçkidən sonra Münxen Təhlükəsizlik Konfransına qatılan İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edib.

Prezident Ərdoğan və İlham Əliyev sonuncu dəfə noyabrda görüşüblər. İki lider Qazaxıstanda Türk Dövlətləri Təşkilatının və Özbəkistanda İqtisadi Əməkdaşlıq Təşkilatının sammitlərində iştirak edib.

Həmin görüşlərdən üç ay sonra liderlər yenidən üz-üzə görüşəcəklər. Türkiyə Prezidenti Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi rəsmi mərasimlə qarşılayacaq.

Təkbətək və nümayəndə heyətləri arası görüşlərdə iki ölkə arasındakı əlaqələr və regional məsələlər müzakirə olunacaq.

Ərdoğan və Əliyev birgə mətbuat konfransında son hadisələri dəyərləndirəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki