Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçiriləcək görüşdə iştirak etmək barədə razılığa gəliblər. Vətəninfo.az xəbər verir ki , bu barədə Qranadada Aİ-nin qeyri-rəsmi sammiti başlamazdan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib.
“Oktyabrın sonunda hər iki lideri Brüsselə dəvət etmək qərarına gəldim və hər iki lider bu görüşə gəlməyə razı oldular. Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün çox iş görmək niyyətindəyik”, – deyə RİA Novosti onun sözlərindən sitat gətirir.
Oktyabrın 5-də Şarl Mişel, həmçinin Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolz Qranadada baş nazir Nikol Paşinyanla görüşüb. Azərbaycan prezidenti İlham Əliyev bu görüşdə iştirakdan imtina edib.


























