image-1675067199_1backend

İlham Əliyevin Budapeştdə rəsmi qarşılanma mərasimi – FOTO

image-reklam_sirab_01

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub.

Vətəninfo.az xəbər verir ki, Azərbaycanın və Macarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Hərbi orkestrin ifasında Azərbaycanın və Macarıstanın Dövlət himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Katalin Novaka, Macarıstanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edilib.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Fəxri qarovul dəstəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Katalin Novakın qarşısından keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki