Vətəninfo.az xəbər verir ki, artıq iki ildir doğum gününü Qalib Sərkərdə olaraq qeyd edən Prezidentimiz İlham Əliyev 1961-ci il 24 dekabrda anadan olub.
1961-ci ilin Öküz ili, 24 dekabrın isə Dolça bürcünə düşdüyünü nəzərə alaraq, bu il və bürc altında doğulanların xarakterik cizgiləri ilə bağlı bir neçə mənbədən olan məlumatları ümumiləşdirərək təqdim edirik:
Öküz ili:
Səbirli və qaradinməz, təmkinli və astagəl, nəzərə çarpmayan və hövsələli, dəqiq və səliqəlidir. Öküzün görkəmi bir qədər kəndli görkəmi olsa da o, orijinal zəka sahibidir. Adamları açıq söhbətə çəkmək istedadı vardır. Bu onun əsas üstünlüklərindən biridir.
Öküz seyrçidir. Bəlkə də məhz buna görə tənhalığı sevir.
Öküz təriqətçi, hətta fanatik ola bilər. O, tez-tez şovinist, bəzən riyakar olur. Buna görə də tez-tez tənqid edilir.
Zahiri sakitliyinə baxmayaraq, tündməcazdır. Təmkinlidir, lakin dəlisovdur. Hiddəti nadir hallarda üzə çıxsa da, əsəbiləşəndə dəhşətlidir. Ona müqavimət göstərməmək məsləhətdir. Təhlükəli ola bilər. Soyuqqanlı görkəminə baxmayaraq, tərsdir və başlanmış işin pozulmasına dözmür. Kim yolunu kəssə, vay onun halına.
Rəisdir, rəhbərdir. Adətən az danışırlar, danışmağı sevməyən öküzlər danışarsa nitqi ilə çoxlarının diqqətini çəkərlər. Üstün əqli və fiziki gücü ilə fərqlənirlər.
Əslində sadə görünürlər, amma çox inadkar olurlar, ziddiyətlidirlər. Sevgiyə yüksək qiymət verən olurlar.
Öküzlər birmənalı olaraq işə çox bağlı olurlar, məqsədlərinə çatmaq üçün sutkanı işləməyə qadirdirlər. Onların enerjisi tükənməzdir. Mənfi xüsusiyyəti isə odur ki, ətrafdakılardan da “öz nümunəsini” tələb edirlər.
Sərbəst peşə onun üçün daha münasibdir. O, həm fiziki, həm də intellektual baxımdan çevikdir, yaxşı rəhbər ola bilər. Kənd təsərrüfatı sahəsində xüsusilə istedadlıdır.
Oğlaq bürcü
İşgüzar Oğlaqlarla birlikdə işləmək bir fərəhdir. Vəzifəsindən bir pillə aşağı işləsəniz, sizin onunla ünsiyyət yaratmağınıza özü kömək edəcək. Həm də sizin maraq dairəniz eyni olacaq. Bu isə ünsiyyət yaratmaq üçün daha bir şansdır.
Birlikdə problemləri həll etmək Oğlaq bürcünün ürəyincədir. Oğlağın ən çox sevdiyi və bildiyi sahəni öyrənin, bu hər hansı bir xarici dil, kompüter, klassik musiqi, rəngkarlıq sənəti ola bilər. Başa düşmədiyinizi ondan soruşun, sizə bunu öyrətməyini xahiş edin. O, sizin öyrənmək istəyinizi çox gözəl qiymətləndirər.
Onunla ciddi mövzularda söhbət edin. Bu, fəlsəfə və ya maliyyə xəbərləri ola bilər. Onun gözəl yaddaşına, iti ağlına baxıb zövq alın.
Oğlaq qiymətli əşyaları sevir. Çox vaxt da əntiq şeyləri kolleksiyalaşdırır. Hədiyyəyə gəldikdə, ona nadir tapılan kitab, məşhur rəssamın əsərini və ya əntiq əşya hədiyyə etsəniz, ürəyincə olar.
Oğlaq həssas, savadlı, məğrur, təkəbbürlü, ehtiyatsız iş tutmayan, hamının hörmətini qazanmağa çalışandır. Onun ən mənfi xüsusiyyəti qəfil inadkarlıqları, fikirlərinin tez-tez dəyişməsi, xüsusən də qapalı olmasıdır. Oğlaq yalan uydurub müsahiblərini inandırmaqda passivdir. Yalanı sevmir, özü də yalan danışa bilmir.
Karmik astrologiyaya görə, Oğlaq anadagəlmə təşkilatçıdır. Əgər onun kollektivi yoxdursa, o, bu istedadını öz həyatını qurmağa tətbiq edəcək. Məqsədyönlülük, məsuliyyət, təcrübə və ciddilik Oğlaq üçün xarakterikdir. Onlar emosional deyillər, hətta bir qədər “quru adam” təsiri bağışlayırlar. Lakin çətin layihə və planları həyata keçirmək üçün lazım olan xarakterik xüsusiyyətlərə malikdirlər. Bu bürc altında doğulanların həyatındakı əsas hiss bədbinlikdir.
Klassik astrologiyaya görə, Oğlaqlar son dərəcə sadəlövh və tez inanandır. Bu səbəbdən də ömürləri boyu başları qalda keçir, bəlalara düçar olurlar. Hindlilərin fikrincə, bu adamların ailədə necə olması yalnız özlərindən asılıdır. İstəsələr, bircə anda hamıda xoş əhval, yaxud da əsəbi gərginlik yaradarlar. Amma nümunəvi ailə başçısı olmağa qabildirlər.