image-kadirov-ramzanbackend

“İlin sonuna qədər Rusiya savaşda qalib gələcək” – Ramzan Kadırov

image-reklam_sirab_01

Ukraynada qüvvələri Rusiya üçün döyüşən Çeçenistan muxtar vilayətinin rəhbəri Ramzan Kadırov Ukraynadakı müharibənin bu ilin sonuna qədər Rusiya qüvvələrinin qələbəsi ilə başa çatacağını proqnozlaşdırıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı yazıb .

Rusiya hərbi komandirlərini və Kremlin Ukraynadakı hərbi əməliyyatlarının bəzi aspektlərini tənqid etməsinə baxmayaraq, Kadırov  bildirib ki, Rusiya ilin sonuna qədər qələbə çalacaq.

O, müsahibəsində deyib: “Qərb diz çökəcək və həmişə olduğu kimi, Avropa ölkələri Rusiya Federasiyası ilə bütün sahələrdə əməkdaşlıq etməli olacaqlar. Bundan başqa nəticə olmayacaq və olmamalıdır”.

Kadırov bu cür dəyərləndirməni Çeçenistan hökumətinin naziri Əhməd Dadayevə müsahibəsində verib və bu, Rusiya mətbuatında əksini tapıb.

Kadırov həmçinin Telegram kanalında dərc etdiyi məqalədə Kiyevi dəstəklədiyi üçün Polşanı hədələyib. Varşava hökumətinin öz hərbi resurslarını tükəndiyini yazıb və həmçinin yazıb: “Rusiya Ukrayna müharibəsindən sonra növbəti ölkəni de-nazifikasiya etməyə və demilitarizasiya etməyə başlasa nə olacaq?”

Bundan əvvəl Kreml Ukraynadakı hərbi əməliyyatın məqsədlərindən birini bu ölkənin “de-nasifikasiyası” adlandırmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki