image-637742df5f96cbackend

İlon Mask  onu tənqid edənlərin “Twitter”  hesabını blokladı

image-reklam_sirab_01

Tviter sosial şəbəkəsinin rəhbərliyi Amerikanın aparıcı mediasından bir neçə jurnalistin hesabını bloklayıb.

Vətəninfo.az   xəbər  verir  ki Bu barədə “The New York Times” məlumat yayıb. “sosial şəbəkənin rəhbərliyi CNN teleşirkətinin, “The New York Times”, “The Washigton Post” qəzetlərinin, “The Intercept” və “Mashable” portallarının müxbirlərinin, həmçinin bir neçə müstəqil jurnalistin hesabının fəaliyyətini dayandırıb. CNN qeyd edir ki, bu ölçünün tətbiq edildiyi jurnalistlər tviter və bu şəbəkəni oktyabrda almış İlon Mask ətrafında vəziyyəti fəal işıqlandırırdılar.

Maskın şərhinə görə, hesabları bloklanmış jurnalistlər onun yerini real vaxt rejimində yerləşdirməklə əslində sui-qəsdin koordinatlarını veriblər ki, bu da sosial şəbəkə qaydalarının aşkar pozulmasıdır. Şəxsi məlumatların zərərli niyyətlə yayılması ilə bağlı hamıya tətbiq edilən qaydalar jurnalistlərə də eynən tətbiq olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki