ABŞ-li milyarder və iş adamı İlon Mask insanların gələcəkdə süni intellekt tərəfindən geridə qoyula biləcəyini proqnozlaşdırıb.
Mask bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bir çox insan dərhal son dərəcə inandırıcı superintellekt tərəfindən üstələnəcək və ola bilsin ki, mən də onlardan biri olacağam”, – deyə milyarder bildirib.
Qeyd edək ki, superintellekt insanın intellektual imkanlarını geniş spektrdə üstələyə bilən süni intellekt sistemlərini ifadə edir.
Xatırladaq ki, İlon Mask daha əvvəl süni intellektlə qarşılıqlı əlaqənin insan psixologiyasına təsirləri barədə də danışıb. O, süni intellektlə əlaqəli “psixoz” adlandırdığı vəziyyəti təxminən altı dəfə yaşadığını etiraf edib. Bu ifadə süni intellektə həddindən artıq etibar, onun təsirinə qapılmaq və emosional bağlılıq kimi hallarla əlaqələndirilir.
Süni intellekt texnologiyalarının sürətli inkişafı onların insan həyatına, əmək bazarına və cəmiyyətə mümkün təsirləri ilə bağlı müzakirələri daha da aktuallaşdırır.


























