image-63f85a73-0a1c-48de-b941-0f2bed4b77fabackend

İlqar Kərimli: “İsrailin bu zərbələri, həm də səfirliyimizə olunan terrora cavabdır”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İsrailin İranın hərbi bazalarına endirmiş olduğu hava zərbələri ilə bağlı, psixoloq İlqar Kərimli maraqlı bir paylaşım edib.

İlqar Kərimli bildirib ki, İran İsrailə qarşı açıq müharibədən qorxduğu üçün, günlərdir İranın hərbi bazalarına olunan hava hücumunun İsrail tərəfindən edildiyini açıq şəkildə etiraf edə bilmir.

“Bunun bir səbəbi var, əgər Tehran rejimi, bunu açıq şəkildə, rəsmi olaraq bəyan etmiş olsa, o zaman buna görə, İsrailə qarşı cavab addımı atmalıdır. Bu da müharibə deməkdir. Ona görə də Tehran rejimi belə bir açıqlama verə bilmir”- deyə İlqar Kərimli bildirib.

İlqar Kərimli qeyd edir ki, rəsmi Təl-Əviv də hələlik bu istiqamətə açıqlama vermir. Amma hər kəs bilir ki, bu hava hücumu İsrail tərəfindən edilib.

Eksper vurğulayıb ki, İran hətta da özünün hərbi və siyasi imicinin alt-üst olmasından qorxaraq, hərbi bazalara olunan zərbələri,itkilərini belə açıqlaya bilmir.

“Yəni İran rəsmi olaraq bəyan etmir ki, endirilən hava zərbələri nəticəsində hansı hərbi sənayesi dağılıb,itkilərin miqyası nədir” – deyə İlqar Kərimli əlavə edib.

İlqar Kərimli onu da vurğulayıb ki, İsrailin İranın hərbi bazalarına hava zərbələrinin endirilməsi, Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumundan bir gün sonraya təsadüf edir.

“ Mən bunu eyni zamanda Azərbaycana dost və müttəfiq olan İsrailin bu terror hadisəsinə cavab olaraq da görürəm. Çünki, İsraildə yüzminlərlə Azərbaycan kökənli yəhudilər yaşayır. Yəhudi xalqı Azərbaycanı İsrail qədər sevirlər”.- deyə İlqar Kərimli əlavə edib.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki