image-pakistan-xanbackend

İmran Xan sui-qəsdin sifarişçilərinin adlarını açıqladı

image-reklam_sirab_01

Vətəninfo.az Pakistan mediasına istinadən xəbər verir ki, Pakistanda silahlı hücum nəticəsində yaralanan keçmiş baş nazir İmran Xan səhhəti bərpa olunan kimi etiraz nümayişlərini davam etdirəcəyini açıqlayıb:

“Hücumun baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və Xidmətlərarası Kəşfiyyat İdarəsinin rəis müavini general-mayor Feysal Nasirin planı olduğunu öyrəndim. Əgər onlar istefa verməsələr, etiraz edib küçələrə çıxacağıq”.

İmran Xan müalicə aldığı Lahorda Şövkət Hanum xəstəxanasında mətbuata açıqlamasında bildirib ki, Vəzirabada getməmişdən bir gün əvvəl ona qarşı sui-qəsd planı olduğuna dair məlumat alıb: “Bunun baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və Xidmətlərarası Kəşfiyyatın rəis müavini (ISI) general-mayor Faisal Nasirin planı olduğunu öyrəndim”. İmran Xan İslamabada yürüşə başlayanda hakimiyyət qüvvələrinin insanların sıx iştirakını gördüyünü və bu səbəbdən öldürülmək istədiyini bildirib.

Zərri

Vətəninfo.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki