image-image_750x_63c44510dae35backend

“İndi müharibənin ən həlledici mərhələsidir” – NATO- nun baş katibi

image-reklam_sirab_01

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynadakı müharibənin həlledici mərhələdə olduğunu açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə  o, bu barədə Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.

“Biz müharibənin həlledici mərhələsindəyik”, – deyən baş katib “şiddətli döyüşlərin” getdiyini vurğulayıb.

Bununla yanaşı, Stoltenberq Kiyevin hərbi dəstəyinin “sülhə aparan ən sürətli yol” olduğu fikrini bildirib.

Stoltenberq hesab edir ki, Qərb ölkələri tezliklə Ukraynaya ağır silahların tədarükünü artıracaq. Onun sözlərinə görə, NATO müttəfiqləri Ukraynanın Alman Leopard 2 kimi döyüş tanklarına ehtiyacı olduğunu bilirlər.

“Və bu, Ramstein-də (Almaniyadakı ABŞ hava bazası) müzakirə edəcəyimiz mövzulardan biri olacaq. Orada Ukrayna təmsil olunacaq. Ağır hərbi texnikanın verilməsi ilə bağlı son vədlər çox vacibdir və mən yaxın gələcəkdə daha çoxunu gözləyirəm”, – alyansın baş katibi bildirib.

“Biz şiddətli döyüşlər yaşayırıq. Ona görə də bizim Ukraynaya qalib gəlmək və müstəqil dövlət kimi mövcud olmağa davam etmək üçün lazımi silahlarla təmin etməyimiz vacibdir. Bu, paradoksal görünə bilər, lakin Ukraynaya hərbi dəstək sülhə aparan ən sürətli yoldur”, – NATO-nun baş katibi bildirib.

Rusiya daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki