image-30367457-cb95-3a5a-b28c-05ac77210be5_850backend

İndoneziya Putin-Bayden görüşünün təşkilinə hazır olduğunu açıqlayıb

image-reklam_sirab_01

İndoneziyanın Moskvadakı səfiri Xose Antonio Morato Tavares bildirib ki, Rusiya Prezidenti Vladimir Putin G20 sammitində iştirak etmək qərarına gəlsə, İndoneziya onun ABŞ Prezidenti Cozef Baydenlə görüşünü təşkil etməyə hazırdır.

“İndoneziya bunu etməkdən çox məmnun olardı. Biz bunu əvvəllər də etmişik”, – səfir bildirib.

Bundan əvvəl Cozef Bayden İndoneziyada keçiriləcək G20 sammiti çərçivəsində Kreml rəhbərinin ona yaxınlaşacağı təqdirdə Putinlə Rusiyada mühakimə olunmuş amerikalı basketbolçu Britni Qrinerin taleyini müzakirə etməyə hazır olduğunu bildirib.

İndoneziya səfiri qeyd edib ki, Putin və Bayden arasında mümkün danışıqlar mütləq dərhal həllə gətirib çıxarmayacaq, amma ümumi dialoqa töhfə verə bilər. O, həmçinin əlavə edib ki, İndoneziya Rusiyanı G20-nin mühüm üzvü hesab edir.

“İndoneziya Prezidenti (Coko Vidodo) Rusiyanı sammitdə iştiraka dəvət etmək üçün şəxsən Moskvaya gəlib. Rusiya G20-nin üzvü kimi hər hansı digər ölkə və ya birlik kimi vacibdir. Üstəlik, İndoneziyanın dəvətləri ləğv etmək hüququ yoxdur – lakin bizim ev sahibi olan ölkə kimi əlavə iştirakçıları dəvət etmək üçün müstəsna hüququmuz var”, – Xose Antonio Morato Tavares əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki