Çempion “Mançester Siti” İngiltərə Liqa Kubokunun 1/4 finalında uğursuzluğa düçar olub. Vətəninfo.az xəbər verir ki, kataloniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda səfərdə “Sauthempton”a 0:2 hesabı ilə uduzub.
“Nottingem Forest” də penalti zərbələri ilə “Vulverhempton”a qalib gələrək yarımfinala yüksəlib.
Bundan əvvəl “Mançester Yunayted” və “Nyukasl Yunayted” yarımfinala yüksəlib.
İngiltərə Liqa Kuboku, 1/4 final
“Sauthempton” – “Mançester Siti”: 2:0
Sekou Mara, 23, Mussa Genepo, 28
“Nottingem Forest” – “Vulverhempton”: 1:1, 11m: 4:3
Willy Bolly, 18 – Raul Jimenez, 64