Vətəninfo.az xəbər verir ki, İtaliyanın “İnter” klubu İtaliya kubokunun qalibi olub.
BBC Sport xəbər verir ki, Çempionlar Liqasının finalçısı İnter Milan Fiorentina’ya qalib gələrək ardıcıl ikinci İtaliya kubokunu qazanıb. Görüşdə iki qol vurulub. Hər iki qolun müəllifi argentinalı futbolçu Lautaro Martinez olub.
“Fiorentina” iyunun 7-də Avropa Konfransı Liqasının finalında “Vest Hem”lə, “İnter” isə iyunun 10-da Çempionlar Liqasının finalında “Mançester Siti” ilə qarşılaşacaq.